Azərbaycanda kənd təsərrüfatında suya qənaət edən texnologiyalar təşviq olunmalıdır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış" adlı panel müzakirələrində bildirib.
O, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirlərinə toxunaraq artan temperatur səbəbindən suya tələbat artdığını deyib: "2030-cu ilə qədər yalnız istiliklə bağlı su tələbatı 16 % artacaq. Su resurslarının azalması fonunda kənd təsərrüfatı siyasəti daha çox sudan qənaətli istifadə və quraqlığa davamlı bitkilərin əkini üzərində qurulmalıdır".