"Qida təhlükəsizliyi və HACCP" mövzusunda açıq dərs keçirilib

"Qida təhlükəsizliyi və HACCP" mövzusunda açıq dərs keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində "Qida təhlükəsizliyi və HACCP" mövzusunda açıq dərs keçirilib.

Fakültə dekanı Şəlalə Zeynalovanın təqdim etdiyi, müəllim və tələbələrin iştirakı ilə baş tutan dərsdə HACCP-ın tarixi, HACCP haqqında geniş məlumat, qida təhlükəsizliyi, gigiyena qaydalarına düzgün riayət olunması, ən qorxulu xəstəliklərdən sayılan salmonellyozun, brüsellyozun, listeriozun və digər xəstəliklərin zərərsizləşdirilməsi, antibiotiklərin süddə qalıcılığı və onun orqanizmə vurduğu zərərlərdən bəhs olunub.

Diskussiya şəklində təşkil olunan dərsdə mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ