Ali Temer Arez, İzmirdən (Türkiyə) aqronom:
Mən aqronomam və İzmirdə işləyirəm. İlk dəfə Bakıda "Caspian Agro" sərgisinə gəldim. Peşəkar nöqteyi-nəzərdən sərgi mənim üçün çox maraqlıdır. Mən bitkiçilik məsələlərində ixtisaslaşmışam və yeni spesifik tendensiyalarla maraqlanmışam. Burada dəyərli ekspozisiyalara rast gəldim.
Sərgidə gübrə sahəsində ixtisaslaşmış şirkətlərin stendləri xüsusilə maraqlı idi.
Gübrələrlə bağlı bazar vəziyyətini izləməyə çalışıram-Azərbaycanda və Türkiyədə hansı istehsalçıların hansı yeni məhsulları var.
Burada bu sahə ilə məşğul olan türk şirkətlərini görmək, digər xarici şirkətlərin nümayəndələri ilə tanış olmaq mənə xoş oldu. Bakıda keçirilən sərgidə "gubre.az" brendinin nümayəndələri və digər özəl şirkətlərin mütəxəssisləri ilə əlaqə qurdum.
Sərgi xoşuma gəldi, ona görə də Bakıya səfərimdən ikiqat məmnunam.
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi