Türk mütəxəssislərlə görüş keçirilib

Türk mütəxəssislərlə görüş keçirilib

Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutundan Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) ezam olunan bir qrup mütəxəssislə görüş keçirilib.

Görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün yaradılan mövcud imkanları və dövlət dəstəyini diqqətə çatdırıb.

O bildirib ki, hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq təkcə mütəxəssis yetişdirilməsi sahəsində deyil, həmçinin, birgə elmi-tədqiqat işlərinin görülməsi, layihələrin və beynəlxalq tədbirlərin həyata keçirilməsi istiqamətində də aparılır.

Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu əməkdaşları səmimi görüş üçün minnətdarlıqlarını bildirərək, beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün Türk dili C1 səviyyəsi üzrə imtahanların ilkin nəticələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıblar.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ