"Bakıdan Belemə" yol xəritəsi bu il Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP30) təqdim ediləcək.
"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün Bakıda öz işinə başlamış 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri çərçivəsində keçirilən "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" adlı konfransda bildirib.
Onun sözlərinə görə, 2035-ci ilə qədər illik iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına çatdırılması hədəflənir: "Bütün ölkələr birgə çalışaraq təkcə dövlət sektorunun deyil, həm də özəl sektorun hesabına 300 milyard dollarlıq iqlim maliyyə hədəfini 1,3 trilyon dollara çatdırmağa şalışacaqlar. Hazırda Braziliyalı həmkarlarla birgə "Bakıdan Beləmə" adlı 1,3 trilyon dollarlıq yol xəritəsinin üzərində çalışırıq".
Xatırladaq ki, COP30 bu ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək.